Donnerstag, 22. Oktober 2009

Manqurt mənzuməsi

Manqurt – Çengiz Aytmatov, nəzmə çəkən: Kərim Mamağanlı

(“Gün var əsrə bərabər” Romanından parça)



Dünyada hər yerin vardı öz adı.
Adıyla çağırar insan hər zadı.

İnsan nə yaratsa, o bir ad alar.
Varlıqda yaranar, tarixdə qalar.

Adını daşıyar hər yaratdığı,
Hətta, Ana-Beyit qəbristanlığı.

Rəvayət onunla başlanır başdan,
Ki nələr törənmiş qanlı savaşdan?

Ravinin dediyi qədim zəmanlar,
Bu yeri zəbt edən yuanyuanlar,

Bir əsgər onlara əsir düşəndə,
Ona verərmişlər azar işgəncə .

İmkanı olanda əsiri onnlar,
Qonşu ölkələrə qul satarmışlar.

Ona sayılarmış mutluluq buda,
Çünki biraz yer qalarmış umuda.

2)
Kim nə bilir nə var? bəlkədə elə,
İmkan oldu qaçıb qayıtdı hələ....

Yuanyuanların yoxladıqları,
Öz işləri üçün saxladıqları,

O baxtı çevrilmiş əsir qullara,
Bir tale varımış qaradan-qara.

Elə ziflərdilər onun başını,
Ta ki itirərdi öz yaddaşını.

Onların dözülməz işgəncələri,
Başdan yox edərmiş düşüncələri.

Bu işə adətən Yuanyuanlar,
Qurban edərmişlər yaxşı cavanlar.

Davada tutulmuş döyüşçülərin,
Seçərmişlər onlar ən güclülərin.

Əvvəl başdan qırxarmışlar tüklərin,
Sonra bir-bir çəkərmişlər köklərin,

Başlarını qırxıb qurtaranacan,
Qəssab da dəvəni kəsərmiş o an.

Onu lap yaxında tez kəsərdilər,
Soyumasın diyə tələsərdilər.

3)
Onun dərisini cəld soyarmışlar.
Soymaqı boynundan başlayarmışlar.

Bu işə münasib olan dəriydi,
Boyunda dərinin ən qart yeriydi.

Boyun dərisini qəssab soyanda,
Hissələrə bölərdilər o anda.

Buğlaya-buğlaya götürərmişlər,
Qırxılmış başlara keçirərmişlər.

Bir dəvə boynundan soyulan dəri ,
Olarmış beş-altı zifin yetəri.

O isti dərilər başa çəkilcək,
Yaman yapışardı saqqız zifi tək.

Çəkilməyi həman, yapışmaq həman.
Üzgüçü börkünə bənzərmiş yaman.

Başına belə iş gətirilən adam,
Varlığı əlindən gedərmiş tamam.

Ya dözə bilməyib düşüb ölərmiş,
Yada ömür-billah mangurt olarmış.

Yəni itirərmiş ağıl-hüşünü,
Unudarmış keçmişini, düşünü.

4)
Məhkumun başını zifləyən gündə,
Taxarmışlar onun boynuna kündə.

Öyləki başına əl vuranmasın,
Başını da yerə çatdıranmasın.

Ürpədici nalə səsi boş yerə,
Kimsəni narahat etməsin deyə,

Bu dözülməz halda yazıq qulları,
Bağlı ayaqları, bağlı qolları,

Ac-susuz uzaqa apararmışlar,
Qızmar gün altında buraxarmışlar.

Bu işgəncə bir neçə gün sürərmiş.
Gözətçilər həndəvərdə güdərmiş.

Hər tərəfdən kəsərdilər yolları.
Gecə-gündüz güdərdilər qulları.

Qullar qorunarmış onagörə ki,
Birdən əqrəbanın yansa ürəyi,

Ya ki qohumlardan maraqlansalar,
Xilas etmək üçün xəyallansalar,

Bu fikrə düşənin önün alsınlar,
Belə bir eyləmə mane olsunlar.

5)
Ancaq belə hallar çox az olarmış.
Çünki düzənlikdə tez görünərmiş.

Sonralar o eldə gəlib bir nəfər,
Manqurt olunmaqdan verseydi xəbər,

Manqurt olunmaqı hər bir əsgərin,
Yaxseydidə qohum-qardaş ciyərin,

Kimsə düşünməzmiş qurtamağını,
Ya ki satın alıb qaytarmağını.

Çünki nə özünü, nə qafasını,
Bəlkə qaytarmaqmış muqavvasını.

Rəvayətcə bircə nayman qadını,
Unuta bilməmiş öz övladını.

Döyüşkən oğlunun mutsuzluğuna,
Göz yuma bilməmiş o Nayman-Ana.

Elə, Sarı-Özək nağıllarıda,
Bizə xatırladır bu hadisəni.
Bu adla bağlıdır o məzarliqda,
Ana-Beyit, yəni ana məskəni.

* * *
6)
Hər bir adam Sarı-Özək çölündə,
Dözənməzmiş qızmar günəş önündə.

Beş-altı manqurtdan ikisi-biri,
Davam gətirərmiş, qalarmış diri.

Manqurt ölümünə səbəb nolurmuş?
Aclıq-susuzluq yox, əzab olurmuş.

Gün altında quruduqca zifləri,
Yaman incidərmiş o əsirləri.

Zif qulun başını elə sıxarmış,
Ki dözə bilməzmiş, canı çıxarmış.

Yazıgların tükü ikinci gündən,
Başlayarmış uzanmaqa kökündən

Asiyalıların cod tükləridə,
Bitərmiş bir təhər o xam dəridə.

Yol tapanmayanda, dönüb tərsinə,
Girərmiş manqurtun öz dərisinə.

Bu son işgəncədən çoxlar ölərmiş.
Qalan da şüuru puça dönərmiş.

Yalnız beşinci gün yuanyuanlar,
Gəlib məhkumları yoxlayarmışlar.

7)
Görsünlər ki kim diridir kim ölüb?
Beş-altı manqurtdan neçəsi qalıb?

Biri diri qalsa, çoxu ölsədə,
Onlar üçün çatmaqımış məqsədə.

Açardılar onun qandal-kündəsin,
Verərdilər sudan-yeməkdən yesin.

Qoyardılar canına su yügürsün,
Gücünü toplasın, ayağa dursun.

Sağalıb durarmış artıq ayağa.
Ağrılar gedərmiş candan qırağa.

Canı sağalsada, baş sağalmazdı.
Beynində zərrədə ağıl qalmazdı.

Yaddaşın itirib fikri donarmış,
Deplaynönüb o qul manqurt olarmış.

Qul manqurtun sağlam qula nisbəti,
Birə on olarmış satış qiyməti.

Belə bir qaydada varmış onlarda,
Vuruşma düşəndə aralarında,

Davada bir manqurt öldürüləndə,
Birə üç qanıymış eldaşa görə.

8)
Manqurt keçmişini ana bilməzdi,
Nədir qohum-qardaş, ana, bilməzdi.

O bilməzdi, gəlib hansı bir eldən,
Hansı qəbilədən, hansı nəsildən,

Hətta ki özünün kim olduğunu,
Hansı bir ölkədə doğulduğunu.

Yada salanmazmış o öz adını,
Öz uşaqlıqını, öz əcdadını.

Təhlükəsiz, müti bir heyvan kimi,
Davrana bilməzdi bir insan kimi.

O qaçmaq fikrinə heç düşməzimiş.
Ona şubhələnmək gərəkməzimiş.

Manqurt bir vəfalı sadiq it kimi,
Xatırlarmış bircə öz sahibini.

Başqa adamlara qarışmazıdı.
Hədən-yoxdan artıq danışmazıdı.

Bir fikri, qayğısı əgər varımış,
Oda öz qarnını doyurmaqımış.

O vaxt ki manqurtun qarnı tox idi,
Daha heç bir dərdi-çoru yox idi.

9)
Ona tapşırılan ağır işləri,
Can sıxıcı çətin sifarişləri,

Boynuna alarmış o cani-dildən,
Yerinə yetirərmiş onu könüldən.

Kimsə o çöllərdə bu tənhalıqa,
Tablaşa bilməzdi manqurtdan başqa.

Vaxlı-vaxtında ver suyun yeməyin,
Yay-qış qalıb görsün işin-əməyin.

Nə şikayət etsin, nə gileylənsin,
Nədə tənhalıqdan fəğana gəlsin.

Sahibinin əmri bir manqurt üçün,
Olarmış hər şeydən önəmli, üstün.

Onun ağasından olan intizar,
Yemək idi, birdə kör-köhnə paltar.

* * *

O dövürə ayiddir ki bu hallar,
Köçəri Asıyada yuanyuanlar,

Güney civarlardan qovulan zəman,
Quzeyə köçməmiş qalmışlar həman.

Genişlətmək üçün onlar yerlərin,
Zəbt etmişlər Sarı-Özək çöllərin.

10)
Onlar qonşularla savaşırdılar,
Qul qazanmaq üçün vuruşurdular.

O vuruşmaların ara verdiyi,
Sakit olan vaxtda günlərin biri,

Nayman torpağına gedib-gələnlər,
Sövdagər adamlar, mal gətirənlər,

Demişlər ki; məclisdə çay içəndə,
Sarı-Özək çöllərindən keçəndə,

Quyular başında yuanyuanlar,
Müqavimət göstərməyib o anlar.

Birdə o çöllərdə yalnız bir cəvan,
Dəvə sürüsünü güdən pasiban,

Onunla yaxından danışan zəman,
Başa düşüblər ki manqurtdur oğlan!

Ona baxan belə bilir adamdır,
Hər bir zadı yerindədir sağlamdır,

Görkəmindən nə olduğu bilinməz,
Başına gəldiyi ağıla gəlməz.

Yəqin oda bir vaxt anlayanımış,
Söz deyib-danışan bir oğlanımış.

11)
Pisdə deyil sir-sifəti, görkəmi,
Cəvan-cahil nə dərdi var, nə qəmi.

Üzündə bığ yeri təzə tərləyib,
Danışsa, deyərsən adam görməyib.

Nə ata tanıyır, nə ana bilir,
Nə də kim olduğun o qana bilir.

Desən, adın nədir? onuda bilmir.
Hərnə soruşursan danışmır, dinmir.

Qandığı bir hədir, birdə ki yoxdur.
Qarnı tox olduqda heç dərdi yoxdur.

Birdə başındakı qıllı papağı,
Onu iki əlli bərk-bərk tutmağı.

Dəvənin dərisi bəzən bitişib,
Ömürlük manqurtun başında qalır.
Desən gəl qopardaq gözləri şişib,
Dəli ayğır kimi səsi ucalır.

Manqurt heç vaxt papağını çıxartmır,
Papağla oturur, papağla yatır.

* * *
12)
Bir arvad məclisdə bu söhbət-sözə,
Qulaq yatırırmış çay süzə-süzə.

Demə oda Nayman-Ana özüymüş,
Buda çoxdan aradığı sözüymüş.

Gecə Nayman-Ana gözünü yummur,
Səhər açılınca çımırda vurmur.

düşünür ki sözü gedən cəvanı,
Sarı-Özəkdəki manqurt oğlanı,

Bilməyincə onun kim olduğunu,
Edəcək gözünə haram yuxunu.

Onun ürəyində nəvaxtdan bəri,
Gizlətdiyi üzücü şübhələri,

Yenə ürəyində salmış vəlvələ,
Ki oğlu ölüb ya diridir hələ?

Oğlu Sarı-Özək torpaqlarında,
Yuanyuanların davalarında,

Döyüş meydanında həlak olmuşdu.
Əridə il öncə öldürülmüşdü.

Naymanlarda onun adı diriydi,
Adlı-sanlı kişilərdən biriydi.

13)
Oğluda getmişdi öz atasının,
Yuanyuanlardan qisasın alsın.

Davada düşmənlə o döyüşəndə,
Üz-üzə gələndə, sinələşəndə,

Görüblərki atın boynuna düşüb,
duruş gətirməyib yerə sürüşüb.

Eləki qızğın at bu halı görüb,
Heyvan hay-həşirdən hürküb götrülüb.

Bir ayağı atın üzəngisinə,
İlişib, asılı qalıb tərsinə.

Sallanaraq at böyründən aşağı,
Saçı süpürərək yeri-torpağı,

At oğlanı sürüyərək yaralı,
Döyüş meydanından salıb aralı.

Heyvanı çaşdırıb çölün qubarı,
Tərsəlikdən qaçıb düşmənə sarı.

* * *
14)
Neçə gün dalbadal nayman elləri,
Gəzib axtardılar bütün çölləri,

Bəlkə ondan bir əlamət tapalar,
Ölübdürsə törənini yapalar.

Nə meyit tapıldı, nədəki atı,
Nə izi qalırmış, nədə bir zadı.

Nə silah tapıldı, nə bir yarağı,
Beləlik bəlliydi həlak olmağı.

Dedilər ki yəqin ölüb bu oğlan,
Bu çöldə sağ qalmaz yaralı olan.

Necə bir yaralı qurtararmı can,
Qanın itgisindən, ya susuzluqdan?

* * *

Nayman-Ana üçün o gündən bəri,
Başlandı dünyanın qara günləri.

Başa düşürdü o hər bir davada,
Həlak olanlar var normal qaydada.

Amma ki oğlunun çöldə qalmağı,
Onu öz yurdunda basdırmamağı,

Ananın ürəyin qoymurdu rahat.
Onu buraxmırdı fikir bir saat.

15)
Bu qara fikirdən xilas olmağa,
Qorxunc şübhələri başdan qovmağa,

İnanaydı gərək əziz oğlunun,
Döyüş günlərində düşüb öldüyün.

Onu hər şeydən çox şübhələndirən,
Xəyalların dalğasına mindirən,

Yerli-dibli onun öz övladının,
O gün yoxa çıxmağıydı atının.

Ananın zənniycə at ölməmişdi.
Döyüş meydanından qaçıb getmişdi.

Oda bütün ilxı atları kimi,
Sürüyə-sürüyə minicisini,

Tez ya gec gətirib çıxartmalıydı.
Hər halda ilxıya qayıtmalıydı.

Onda at sürüyüb gətirən ölü,
Nə qədər olsada xoflu, qorxulu,

Ana üçün lap didərgin olsada,
Üz-gözünü cırıb saçın yolsada,

Nə qədər olsada o can yaxıcı,
Dəhşətli ,zəhərli, acıdan acı,

16)
Amma şübhələrdən uzaqlaşardı,
Soyuqca mehnətə hazırlaşardı.

Ancaq nə faydaki onun oğlunun,
Taleyi bu sayaq olmadı o gün.

Nə meyidi gəldi, nə atı döndü,
Ocağı soyudu, çirağı söndü.

Günlər ötüşdükcə, dolandıqca ay,
Qəbilədə yadırğanır bu olay.

Bircə Nayman-Ana unuda bilmir.
Nə vaxt təskin tapar onuda bilmir.

Elə fikirləri o yan-yövrədə,
Cərəyan edirdi həman çevrədə.

Harda yar-yarağı itdi oğlunun?
Yəhəri-əsbabı nə oldu onun?

Görəsən başına nə gəlib atın?
batmış girdabına bu xəyalatın....

Ancaq istəyirdi əlamətlərdən,
Oğul taleyini bilsin əqəllən.

Axı ola bilər bu ehtimalda,
Çox çapandan sonra yorqun bir halda,

17)
O susuz çöllərdə yorqun bir anlar,
Onu tutuqlasın yuanyuanlar.

Onlar edə bilər atı qənimət,
Yəhərli bir at da pis deyil əlbət.

Onda bəs ordakı yuanyuanlar,
Oğlunun atına yiyə çıxanlar.

Yəqin ki ölünü atdan açıblar,
Atı minib yiyəsini atıblar.

Görəsən basdırıb onu gediblər,
Yaki qurda-quşa yem eyləyiblər?

Bəlkədə diriymiş o vaxt ölməmiş,
Allah hələ ona ölüm verməmiş.

Ölməseydi yəqin düşmən öldürüb,
Canın alıb əzablara son verib.

Bu şübhələr bir-iki yox çox idi.
Qurtaran deyildi sonu yox idi.

Kim deyərdi gələn sövdagərlərin,
Birdə manqurt haqda gedən sözlərin,

Etgisi-əsəri bu olacaqdır,
Ananın qəlbinə od salacaqdır?

18)
Çox fikirdən sonra o Nayman-Ana,
Gəldi belə təhlükəli qərara;

Manqurt pasibanı o görməyincə,
Oğlu olmamağın öyrənməyincə,

Gecələr asudə yatmayacaqdır.
Bu fikri başından atmayacaqdır.

* * *

Səhəri-səhəri o Nayman-Ana,
Hazırlandı çıxa yurdundan yola.

Evdən çıxıb tərk etmədən o kəndi,
Durdu evin qapısına söykəndi.

Süzdu diqqətilə o həndəvəri,
Dərin bir ah çəkdi yandı ciyəri.

Bulut tək ananın doldu gözləri,
Ağzında duanın ilkin sözləri.

Pıçıldadı; La ilahə illəllah.
(O alalahdan başqa yoxdur bir allah)

Dəvəsini küncə çəkib saxladı,
Onu yerə köçsün deyə xıxladı.

Götürdü yol yeməyini, yükünü,
Tər-tələsik dolduraraq xurcunu,

Alıqdan aşırdı dəvəyə mindi.
Səfər qəsdi Ağmayaya bilindi.

* * *
19)
Bir neçə gün olardı ki Ağmaya,
Təkdüzə səs ilə zarıya-zarıya,

Uc-bucaqsız Sarı-Özək çölündə,
Yorta-yorta, Nayman-Ana belində,

Çökək düzənilə dəvam edirdi,
Nayman-Ana deyən səmtə gedirdi.

Gündüzlər yol gedib yalnız gecələr,
Oturaq eyləyib dincəlirdilər.

Yenə gün doğmadan toran səhərdə,
O sövdagərlərin dediyi yerdə.

Axtara-axtara qul pasibanı,
Yarıb gedirdilər çöl-biyabanı.

Söz yox, uc-bucaqsız Sarı-Özəkdə,
Heç bir kərtənkələ çalmaz tütəkdə.

Orda adam tapmaq deyildi asan,
Qum dənəsi kimi bir şeydi insan.

Yenədə adamın qalıb şansına,
Əgər o sürüyə yaxınlaşırsa,

Duyar bir dəvənin böyürtüsünü,
Bir az gedər tez-gec görər sürünü.

20)
Adam düşər dəvələrin izinə,
Çatar axır qul manqurtun özünə.

Bunaymış umudu Nayman-Ananın,
Bundan sevay boşuna bil qalanın.

Dəvənin üstündə gedərkən ana,
Göz dolandırırdı oyan-buyana.

Gözü sataşmamış hələ bir şeyə,
Artıq başlamışdı şübhələnməyə.

Belə düşünürdü, o dəvələrin,
Bəlkə dəyişiblər otlaq yerlərin.

Ya da ki onları Yuanyuanlar,
Satmaq niyətilə aparıbdılar,

Xivə, buxaranın bazarlarına,
Orda çatdıralar xəridarına.

Belə olsa, o pasiban görəsən,
Qayıdarmı elə uzaq yerlərdən?

Belə hislər ürəyini sıxanda,
Təpələrdən aşıb düzə çıxanda,

Birdən qarşısında gördü bir dərə,
Dərənin içində calib mənzərə.

21)
Kolluq-tikanlıqda bir sürü dəvə,
Uzərində nə yük, nə də kəcəvə.

Nayman-Ana əvvəl biraz sevindi,
Çün axtardığını tapmışdı indi.

Ağmayanı haylayaraq hoyuxdu.
O manqurt oğlunu görməkdən qoxdu.

Dedi elə sürü budur otlayır.
Bəs hanı pasiban? Harda yuxlayır?

Dərənin başında bir adam gördü.
Ona çatmaq üçün irəli sürdü.

Gördü pasibandı əli çomaqlı,
Ayağı çarıqlı, başı papaqlı.

Minik dəvəsinin bərk noxtasından,
Tutub, ona baxır papaq altından.

Yavaş-yavaş yaxınlaşıb oğluna,
Oğlunu tanıdı baxanda ona.

Özünü dəvənin belindən yerə,
Necə atdığını bilmədi belə.

Dedi; -Oğlum-oğlum, ay oğul balam,
Mən sənin ananam ay oğul, anan.

22)
Əli çatmadıqda artıq bir şeyə,
Başladı təpiklə yeri döyməyə.

Özünü ayaqda saxlamaq üçün,
Etinasız durub baxan oğlunun,

Bərk-bərk çiyinlərin tutub saxladı,
Bir yanıqlı hünkürtüylə ağladı.

Başının üstünü kəsdirmiş dərdi,
Çoxdan bəri onu gizlin üzərdi.

İndi birdən aşdı-daşdı, selləndi.
Bütün umudunu puça döndərdi.

Ananın gəlişi bu yerə qədər,
Oğluna zərrəcə etmədi əsər.

Ağzınıda açıb bir soruşmadı,
kimin anasısan, kimin arvadı?

Kimsən, nə deyirsən, nə istəyirsən?
Niyə ağlayırsan, nəçün gəlibsən?

Sonrada çiynindən onun əlini,
Salib dəvam etdi öz əməlini.

Minik dəvəsini o çəkə-çəkə,
Getdi cəvan dəvələrə baş çəkə.

23)
Məbada ki onlar oynaqlaşalar,
Sürüdən ayrılıb uzaqlaşalar.

Ana tərpənmədi, çönbəldi qaldı,
Naləsi fəryadı birdən ucaldı.

Əli üzdə xısın-xısın ağladı,
Gözlərinin yaşı seltək cağladı.

Bir müddət başını aşağı saldı.
Fikrə cumdu, sakit bu halda qaldı.

Sonrada özünü topladı ana,
Durub getdi öz oğlunun yanına.

Oğluda, bir şey olmamış hal kimi,
Hürüt-hürüt ona baxdı mal kimi.

Üzgün sifətində nəyə oxşardı,
Təbəssüməbənzər bir şey işardı.

Ancaq onun baxışığı, görkəmi,
Etinasız idi əvvəlki kimi.

Nayman-Ana otur danışaq deyə,
Bir ah çəkə-çəkə çökdülər yerə.

Nayman-Ana soruşdu öz oğlundan,
Bilirsən mən kiməm? Məni tanırsan?

24)
Baş işarəsilə manqurt yox dedi.
O az anlasada ana çox dedi.

Ondan soruşdu ki bəs adın nədi?
Bircə dedi; Manqurt, daha dinmədi.

Həəə....!
-Belə çağırırlar indi adını?
Yadına sal görüm əsli adını.

Manqurt danışmadan mat-mat baxırdı,
Alın təri qaşlarından axırdı.

Anası gördü ki o baxtıqara,
Yaman rast gəlibdi qalın duvara.

Çalışırdı xatırlasın adını,
Keçilməz görürdü duvar qatını.

-Bəs de görüm nədir atanın adı?
Sən kimin oğlusan? Atan hardadı?

Yadına sal qohumlardan birini,
Heç olmasa doğulduğun yerini.

Manqurt sakit oturmuşdu dinmirdi.
Öz adından başqa bir şey bilmirdi

-İlahi rəhimsiz yuanyuanlar,
Gör balamı nə günlərə salıblar.

25)
Deyə dərddən ağlamağa başladı,
Nifrin edib baisi qarqışladı.

Ananın bu hırsı, dərdi, kədəri,
Manqurta yox iydi etgi-əsəri.

-Almaq olar malı-dövləti deyə,
Qalmış yazıq ana deyinə-deyinə.

-Ancaq ki adamın hafizəsinə,
Kim qəsd edə bilər sadəcəsinə?

Kim bunu əvvəlcə yapıb görəsən?
Necə fikirləşib tapıb görəsən?

Ana keçmişini manqurt oğula,
Anlata bilmirdi soruşmağıla.

İstədi buraxa sual-sorğunu,
Təlqinlə anlata kim olduğunu;

Sənin adın Yolamandır, Yolaman.
Sən mənim oğlumsan, mən sənin anan.
Mən Nayman-Anayam,səndə bir nayman.
Sən manqurt yox, Yolamansan,Yolaman.

Donanbaydır sənin atanın adı.
Məndə Nayman-Ana, onun arvadı.
Sal yadına kimsən, kimin övladı.
Harda sənin elin-oban Yolaman?

O gedəndə ova sənlə gedərdi.
Sənə ox atmağı o öyrədərdi.
Anan səni gördü, deşildi dərdi,
Necə eyləməsin fəğan Yolaman?

26)
Manqurt anasının dediklərinə,
Qulaq asırdı tam qeydsizliklə.

Orda cırıldıyan çəyirtkəyə də,
Yəqin ki o qulaq asarmış belə.

Onda Nayman-Ana sordu yenidən,
-Bəs nələr var iydi bura gəlmədən?

Manqurt bircə kəlmə dedi ki; heçnə.
-Geceydi ya gündüz? dedi ki; heçnə.

-Kiminən danışmaq istəyərdin sən?
Qıssaca bir cəvab verdi; ayınan.

-Sən sevərdin nəyin olsun de görək?
Dedi ki hörüyüm ağamınkı tək.

-Qoy görüm bir sənin başına onlar,
Nələr gətiriblər hansı oyunlar?

Deyə əl uzatdı onun başına.
Bu iş heç gəlmədi onun xoşuna.

Sıçrayıb çəkildi birdən qırağa,
Qoymadı başına əl uzatmağa.

İki əlli papağından tutaraq,
Çönbəlib oturdu anadan iraq.

27)
Ana bildi ona əl vurmaq olmaz.
Başını yadına salmaqda olmaz.

Bu vaxt gördülər ki biri oyandan,
Dəvənin üstündə gəlir uzaqdan.

Ana soruşdü ki bu gələn kimdir?
Dedi mənim üçün yemək gətirir.

Yaxınlaşmaqıyla yuanyuanın,
Təşvişi çoxaldı Nayman-Ananın.

Ana tez çəkilib gizlənməliydi.
Gələn adam onu görməməliydi.

Dedi dəvəsini o minə-minə,
-Dönəcəyəm, ona heçnə söyləmə.

Oğlu baxdı heç bir cəvab vermədi.
Vecinə deyildi, döndü-dönmədi?

Ağmayanı minib sürərkən ana,
Bildi səhv eləyib gecimiş amma.

Dəvəsini oğrun-oğrun daldada,
Ordan çəkib getməliydi piyada.

Çün dəvə üstündə oturmaq həman,
Görmüşdü ananı o yuanyuan.

28)
Ana uzaqlaşdı otlaq yerindən.
O gələn adamın itdi gözundən.

Qırağı yovşanlı dərəyə girdi.
Kolluğda o öz izini itirdi.

Dəvəni xıxladı dərə dibində,
Ayağa qalxmağa qoymadı birdə.

Asta-asta həndəvəri izlədi.
İşin sonu nolduğunu gözlədi.

Yorta-yorta oda gəlib çatmışdı,
Amma aradığı itib batmışdı.

Beləki bəlliydi o yuanyuan,
bu əcib olaydan olmuşdu heyran.

Boylana-boylana mətəl qalmışdı.
Ox-yayla, neyzəylə silahlanmışdı.

Necə olabilər oboyda dəvə,
Üstündə bir adam ondan əlavə,

Gündüz, işıq-aydın o baxa-baxa,
Gözünün önündə yoxluğa çıxa?

Kəsdirə bilmirdi sürsün hayana.
Gah buyana sürdü, gahda oyana.

29)
Gah sağa yügürdü, gah sol tərəfə,
Onun lap yanından keçdi son dəfə.

Nə yaxşı işlətmiş ana ağlını,
Bağlamışdı dəvəsinin ağzını.

Gümanı gəlmişdi bircə yaylığa,
Qafa işlər iş düşəndə darlığa.

Ola bilərdi ki dəvə böyürsün,
Yuanyuan dönüb ora yüyürsün.

Nayman-Ana yovşanlığın dalında,
O yuanyuanın qızğın halında,

Vərəndaz etmişdi boy-biçimini,
Görkəmini, çopur üzdə çilini.

Qara qıllı papağının ucları,
Qayıq burnu kimi qalxmış yuxarı.

Papağın altından çıxan tükləri,
Boynunun ardında cüt hörükləri,

Qotur keçidəki qəzil kimiydi.
Şişkin sifətidə çox gərginiydi.

Ayaq üzəngidə, dikəlib durmuş,
Neyzə-yarağını ələ götürmüş.

30)
hazır vəziyətdə hey boylanırdı.
Gözləridə yaman parıldayırdı.

Bu Sarı-Özəyi Qəsb edənlərin,
İnsan qul etməyi kəsb edənlərin,

Göründüyü kimi buda biriydi.
Manqurtun öz ağasıydı, miriydi.

Çölun arasında yalnız bir arvad,
Əli yalın,bom-boş,nə silah nə zad,

Belə əmansız bir yuanyuana,
Nə edə bilərdi o Nayman-Ana.

Yuanyuan bir az durandan sonra,
Birdə göz gəzdirdi oyan-buyana.

Oranı tərk edib döndü geriyə,
Öz yolunu çəkib getdi sürüyə.

Gün bata-batdeydi axşam düşürdü.
Hava üz tutmuşdu gecəyə doğru.

Sonra hava birdən-birə qaraldı,
Gecənin zülməti həryanı aldı.

Göylərin şəfəqi vidalaşırdı.
Ulduzlar himləşib pıçıldaşırdı.

31)
Ana o gecəni bu çöllüklərdə,
Keçirdi oğluna yaxın bir yerdə.

Oğlunun yanına hələ getmədi.
Çəkindi, getməyə ürək etmədi.

Fikrində yer verdi bu ehtimala,
Ki adam sürünün yanında qala.

Ana çox düşünüb durandan sonra,
O gecə gəldi bir qəti qərara;

Ki oğlunu ordan qutarmalıydı,
Çalışıb özüylə aparmalıydı.

Əriyirdi öz-özünü yeyirdi.
Ananın ürəyi belə deyirdi;

-Manqurtdi qoy olsun, deyib-dinməsin.
Heçnə başa düşmürsədə, düşməsin.

Ancaq öz elinin yanında qalsın,
Çöldə qul olmaqdan canı qutarsın.

Çoxlarının barışdığı zillətə,
Bu mutsuzluqlara bu vəziyyətə,

Nəisə heç türlü dözə bilmirdi,
Doğma oğlundan əl üzə bilmirdi.


-Kİm bilir? Bəlkədə gələndən sonra,
O doğma yerləri görəndən sonra.

Qohumlarla bir az dedi gülüşdü!
Uşaqlıq illəri yadına düşdü!

* * *
32)
Yenə Nayman-ana günəş doğmadan,
Mindi Ağmayanı yollandı ordan.

Hərlənə-hərlənə səhərin sübhü,
Dünən ayrıldığı sürüyə sürdü.

Yavaş-yavaş hava işıqlandıqca,
Sürü görünürdü yaxınlaşdıqca.

Onu bütövlükcə görəndən sonra,
Çox diqqət edirdi düşməsin tora.

Baxdı ki dünənki o yuanyuan,
Gedib ya hələdə ordamı əlan?

Kimsə olmadığın yəqin eylədi,
Oğlunu çağırdı belə söylədi;

-Yolaman,Yolaman, Yolaman səlam.
Gəldim mən yenədə hardasan balam?

Oğlu birdən dönüb baxanda ona,
Sevincindən çəkdi içini ana.

Amma Çox keçmədən o başa düşdü,
Ki oğlu sadəcə səsə dönmüşdü.

O çalışırdı ki yenədə hələ,
Oğlunun yaddaşı bəlkə dirilə.

33)
-Fikirləş adını sal bir yadına,
Deyə istəyirdi onu qandıra.

-Sənin adın Manqurt deyil Yolaman.
Atan Donanbaydır, məndə ki anan.

Sən Nayman elinin böyük köçündə,
Yolda doğulmusan el köçən gündə.

Onunçün adını Yolaman qoyduq.
Köçüdə saxladıq yolda dayandıq.

Yolun arasında el köçə-köçə,
Toy-bayram eylədik üç gündüz-gecə.

Onun isti mıxı bu soyuq daşa,
batmasada söyləyirdi bir başa.

Umud eyləyirdi əbəs olsada,
Qaralmış şüurda işıq yarada.

Qıfıllı qapını döyəcləyirdi.
Dediyi sözləri birdə deyirdi.

-Sənin adın Yolamandı, Yolaman.
Atan Donanbaydı, məndəki anan.

Sonra götürdüyü öz yeməyindən,
Suyundan,dənindən,duz-çörəyindən.

34)
Yedirtdi, içirtdi söz deyə-deyə,
Sonrada başladı layla deməyə.

Manqurta xoş gəldi ana laylası.
Yatdı ürəyinə həzin nəvası.

Bu yatımlı səsdən o xoşlanaraq,
Sakitcə dayanıb asırdı qulaq.

Biranliq Manqurtun hərəkətində,
Onun yanıq-donuq sir-sifətində,

Bir sevindirici halət yarandı,
Ana bunu gördü daha inandı.

Dirəndi oğlunu inandırmağa,
Onunla qoşulub elə varmağa.

Manqurtun beyninə girə bimirdi,
Qaralmış ağlına vura bilmirdı,

Necə o otlağı tərk etmək olar?
O getsə, bəs onda sürü necolar?

Yox, ağası deyib sözə uymasın.
Sürünü qorusun gözdən qoymasın...

Və yenədə ana bununla belə,
Umudunu əldən vermirdi hələ.

35)
O bağlı qapını döyəcləyirdi,
Dediyi sözləri birdə deyirdi;

-Sənin adın Yolamandı, Yolaman.
Atan Donanbaydı, məndəki anan.

Ele qarışmışdı ananın başı,
Ciddi olduğundan onun təlaşı,

Bilməməşdi nə vaxt gün axşam oldu.
Birdən baş qaldırıb baxanda gördü;

Dünənki o adam gəlir, nə gəlir?!
Dəvənin üstündə düşür dikəlir.

Dəvəni şallaqlır o qova-qova,
Getdikcə süretin artırır daha.

Nayman-Ana fürsəti itirmədən,
Mindi Ağmayanı o yetişmədən.

Bir qədər otlaqdan uzaqlaşmışdı,
Bir yuanyuanda qarşıdan çıxdı.

Yügürüb ananın yolunu kəsdi.
Oda belə görüb daha tələsdi.

Ağmayanı birdən qoparaqladı,
Başını bəladan uzaq saxladı.

36)
İldırım sürətlə çıxdı aradan.
Qova-qova uzaqlaşdı oradan.

Ağmaya qutardı Nayman-Ananı,
Ağmayaya məgər çatmaq olarmı?

Yuayuanlarda galdı arxada,
Neyzələri əldə bağıra-bağıra.

Amma ki olmadı ana xəbərdar,
Əli boşa çıxan yuanyuanlar,

Öz ürəklərini soyutmaq üçün,
Manqurtu okivar döydülər ogün.

Manqurt dedi; -deyirdi ki anamdı.
Ancaq ondan nə gözləmək olardı?

-Anan deyil! Sənin yox anan-zadın.
Bilirsən heç niyə gəlib o qadın?

İstəyir ki papağını çıxara,
Sonrada başını verə buxara.

Çalışırdılar ki yuanyuanlar,
Yazıqın canına qorxu salalar.

Manqurt eşidəndə belə sözləri,
Çıxdı kəlləsinə onun gözləri.

37)
Yazıq qorxusundan boynunu qısıb,
Bir tələyə düşmüş heyvan tək mısıb,

İki əlli papağından tutaraq,
Çönbəlib oturdu onlardan iraq.

Yuanyuan belə gördükdə onu,
Ox-yay verdi dedi; -qorxma al bunu!

Birdə ona –Nişanla görum! deyə,
Qıllı papağını tolladı göyə.

Manqurt Nişanlayıb oxu atanda,
Ox papağı dəlib keçdi bir anda.

-Gör ha! Deyə təəccüblə dayanır,
-Əlinin yaddaşı hələdə qalır!

* * *

Nayman-Ana hürküdülmüş quş kimi,
Yavrudan, yuvadan qovulmuş kimi,

Vurnuxurdu bir yol tapa bilmirdi.
Fikri bu qonudan qopa bilmirdi.

Neyləsin? nə yapsin? Hayana varsın?
Oğlunu nə təhər ordan qurtarsın?

Görəsən oğlunu yuanyuanlar,
Sürüylə birlikdə aparacaqlar,

38)
Öz ordularının həndəvərində,
Onun əli çatmaz bəlirsiz yerə,

Yoxsa o düzlərdə yola-yolağa,
Pusqu qoyacaqlar onu tutmağa?

Xəyalların dənizində bu sayaq,
Halay vurub gizlin gəzirdi ancaq.

O halda onları dalda-bucaqdan,
Güdüb göz altına aldı uzaqdan.

Görəndə sürüdən çəkib getdilər.
Ordan uzaqlaşıb gözdən itdilər.

Gəldi bu qərara sevinə-sevinə;
Oğlunun yanına qayıtsın yenə.

İndi qəti fikri ananın ancaq,
Olmuşdu oğlunu evə aparmaq.

Başına hərnə iş gəlibsə onun,
Neyləsin təqsiri deyil özünün.

Onunda talei beleymiş bəlkə,
Suçu yox, düşmənlər salıb bu kökə.

İndi nə olursa qoy olsun ancaq,
Ana onu qulluqda qoymayacaq.

39)
Qoy bu haqsızlığı görsün naymanlar,
Bilsinlər basqınçı yuanyuanlar,

Onların döyüşkən oğullarını,
Necə başdan alıb ağıllarını,

Nə günə salırlar əsir düşəni,
Artıq tanısınlar rəzil düşməni.

Qoy qəzəblənsinlər, silahlansınlar,
Basqınçı yad eldən qisas alsınlar.

Məsələ yer torpaq deyilki bircə,
Bu torpaq hamıya var yetərincə.

Rəzil əməlləri basqınçıların,
Bütün pis işləri bu alçaqların,

Nə bircə yaramır bu yerə-yurda,
Həq vermir onlarla qonşuluqada.

Belə fikirkərlə o Nayman-Ana,
Qayıdırdı öz oğlunun yanına.

Qoy-götür edirdi yolu bir başa,
Necə sala bilsin oğlunu başa?

Onu inandırsın nətəhər, necə?
Onunla qoşulub qaçsın o gecə.

* * *
40)
Toran qarışırdı axşamlaşırdı.
Gecədə çökməyə hazırlaşırdı.

Yenədə Ağmaya yüngül yerişlə,
İrəli gedirdi düzlə örüşlə.

Ana çata-çatda alaqaranlıq.
Qəlbində çırpıntı, bir nigaranlıq.

Üzündə bəlliydi kədəri qəmi.
Dahada ciddiydi onun görkəmi.

Otlaqa çataraq sürüyə vardı,
Boylana-boylana oğlun axtardı.

O görə bilmədi oğlu hardadı.
Demə, bir dəvənin daldasındadı.

Onun yüklü olan öz dəvəsidə,
Otlayır, noxtası sürünür yerdə.

Ana bu durumdan təəccübləndi.
Oğlunu çağırdı,belə səsləndi;

-Hardasan Yolaman? Hardasan oğlum?
Cəvab ver Yolaman, mən yenə döndüm.

Manqurtda ananın belə halında,
Daldalanmış bir dəvənın dalında.

41)
Hazır dayanmışdı əlində ox-yay,
Onu nişanlamış ovçulara tay.

Son şüalarından batan günəşin,
Görmək, onun üçün olurdu çətin.

Güdürdü ki arvad lap yaxınlaşsın,
Fürsət gözləyirdi oxu buraxsın.

Ana çox narahat olduğu üçün,
Görmürdü oğlünün orda olduğun.

-Hardasan Yolaman? Hardasan oğlum?
Cəvab ver Yolaman, mən yenə döndüm.

Onu səsləyirdi nigaran halda.
Birdən gördü onu dönüb baxanda.

Bircə -Atma oğlum! o deyə bildi.
Elə Ağmayanı məhmizləyirdi,

Ki sürüb oğluyla üz-üzə gəlsin,
Bir təhər fikrini onun döndərsin.

Elə, Atma oğlum! deməyi bildi.
Söz qaldı ağzında, səsi kəsildi.

Manqurt çəkib buraxaraq oxunu,
Dəldi anasının sol qoltuğunu.

42)
Bu ox bir ölümcül zərbəydi ona.
Yıxdı saldı dəvəsinin boynuna.

Ananın yaylığı özündən öncə,
Başından açıldı, yerə düşüncə,

Bir gözəl quş oldu uçdu havaya,
Ananın sözlərin oxuya-oxuya;

Sənin adın Yolamandır, Yolaman.
Sən mənim oğlumsan, mən sənin anan.
Mən Nayman-Anayam,səndə bir nayman.
Sən manqurt yox, Yolamansan,Yolaman.

Donanbaydır sənin atanın adı.
Məndə Nayman-Ana, onun arvadı.
Sal yadına kimsən, kimin övladı.
Harda sənin elin-oban Yolaman?

O gedəndə ova sənlə gedərdi.
Sənə ox atmağı o öyrədərdi.
Anan səni gördü, deşildi dərdi,
Necə eyləməsin fəğan Yolaman?

Rəvayətə görə Sarı-Özəkdə,
Donanbay quşq var o gündən bəri.
Hər vaxt bir yolçuya o rast gələndə,
Uçaraq oxuyar həman sözləri.

Ana qəlbindəki oğul kədəri,
Onu qurban verdi qudurqanlığa.
Belə ad verildi o vaxtdan bəri,
Ananın yatdığı o məzarlığa;
Ana-Beyit yəni ana məskəni.

Nəzmə çəkən: Kərim Mamağanlı